"Türkiyə heç kimin tərəfində durmaq niyyətində deyil" - II Dünya müharibəsindəki kimi...

"Türkiyə heç kimin tərəfində durmaq niyyətində deyil" -

"Türkiyə heç kimin tərəfində durmaq niyyətində deyil" - II Dünya müharibəsindəki kimi...

“Birincisi, onu qeyd etmək lazımdır ki, Ukraynadakı vəziyyət hələ inkişafdadır, yəni stabil deyil”.

Bu sözləri Polemika.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.

O, Ukrayna böhranı çərçivəsində baş verən hadisələrə şərh verib və ötən gün ABŞ-ın BMT Təhlükəsizlik Şurasına (TŞ) təqdim etdiyi qətnamə layihəsi barəsində fikirlər səsləndirib:

“Reaksiya barəsində danışsaq, BMT TŞ-nin iclasını qeyd etməliyik. Bildiyiniz kimi, qətnamə layihəsi təqdim olundu. Rusiyanın işğalı TŞ kəskin şəkildə tənqid olundu, işğala son qoyulması tələb olundu. Təbii ki, Rusiya buna veto qoydu və BMT TŞ-da 11 ölkədən 3-ü bitərəf qaldı: Çin, Hindistan və BƏƏ.

Rusiayya qarşı sanksiyalara bəzi ölkələr qoşulmur. Baxmayaraq ki, dünyanın bu hadisəyə münasibəti mənfidir. Hətta bitərəf qalanlar da öz mövqeyini bu şəkildə bildirir.

NATO-nun ötəngünkü iclasında bəyan olundu ki, bəzi ölkələr artıq Ukraynaya silahlar verəcəklər. Bunu da NATO-nun mövqeyindəki dəyişiklik kimi göstərmək olar”.

T. Zülfqarov Ukrayna böhranı çərçivəsində Türkiyənin mövqeyinə də toxunub:

“Türkiyənin təpkisinə gəlincə, bu normaldır və adekvatdır. Çünki Türkiyə Azərbaycan kimi, həm Ukrayna, həm də Rusiya ilə münasibətləri olan dövlətdir. Bu baxımdan, Türkiyə heç kimin tərəfində durmaq niyyətində deyil. Həmçinin, çağırış edib ki, danışıqlar bərpa olunsun və bu, çox realist bir münasibətdir.

Türkiyənin mövqeyi İkinci Dünya müharibəsində olan bir mövqedir. Yəni bitərəf. Çünki böyük qarşıdurma var və bu qarşıdurmanın oyunçuları təkcə Qərb deyil. Mən hər zaman onu da vurğulamışam ki, Ukrayna hadisələri sadəcə olaraq digər qarşıdurmalar fonunda keçir. Qərb və Çin arasında olan münaqişə və Rusiyanın mövqeyi, yəni dünyada böyük tektonik proseslər gedir.

Azərbaycanın və Türkiyənin mövqeyi, ilk növbədə, öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Bu yolda atdığımız addımlar düzgün və realdır”.

O ki qaldı emossiyalara, siyasətdə emosiyalar reallıqdan ayrı olmalıdır.Təbii ki, hamımızın, o cümlədən bir vətəndaş kimi mənim mövqeyim Ukrayna tərəfindədir. Çünki hərbi işğal baş verib, bu qəbuledilməzdir, insnalar həlak olur və bu, Putinin cinayəti və səhvidir. Yaxın gələcəkdə bunu onsuz da göstərəcək. Amma bu, vətəndaş mövqeyimdir, dövlət mövqeyi fərqli olmalıdır”, - deyə siyasətçi yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

"Türkiyə heç kimin tərəfində durmaq niyyətində deyil" - II Dünya müharibəsindəki kimi...