"Türkiyə və Ukraynadan hava sahəsi istəmişik" - Çavuşoğlu

"Türkiyə və Ukraynadan hava sahəsi istəmişik" - Çavuşoğlu

"Türkiyə və Ukraynadan hava sahəsi istəmişik" - Çavuşoğlu

Türkiyə Rusiya və Ukraynadan vətəndaşlarının təxliyəsi üçün hava dəhlizi açmağı xahiş edib.

Polemika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

“Hazırda avtobus şirkətləri ilə danışıqlar aparırıq. Bununla belə, Ukraynadan qayıtmaq istəyənlər də az deyil. Həm Rusiya, həm də Ukrayna ilə hava dəhlizinin açılması təşəbbüsü ilə çıxış etdik. Vətəndaşları dəniz yolu ilə təxliyə etməyə hazırıq”, - deyə nazir vurğulayıb.

Mövlud Çavuşoğlu bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə yaxın təmaslarını davam etdirir.

O, iki prezidentin görüşünü Türkiyədə keçirməyə hazır olduğunu təsdiqləyib.

"Türkiyə və Ukraynadan hava sahəsi istəmişik" - Çavuşoğlu