Almaniya kansleri Rusiyanın DXR və LXR-i tanımaq planlarını pisləyib

Almaniya kansleri Rusiyanın DXR və LXR-i tanımaq planlarını pisləyib

Almaniya kansleri Rusiyanın DXR və LXR-i tanımaq planlarını pisləyib

Almaniya kansleri Olaf Şoltz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Polemika.az xəbər verir ki, bu barədə bazar ertəsi Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.

“Söhbətin əsas mövzusu Ukrayna və onun ətrafındakı vəziyyət, Rusiya-Ukrayna və Belarus-Ukrayna sərhədlərində rus qoşunlarının toplanması olub. Bundan əlavə, prezident Putin Rusiya Təhlükəsizlik Şurasının bugünkü iclası barədə məlumat verib. Kansler Şolts Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını müstəqil dövlətlər kimi tanımaq planlarını pisləyib. O, vurğulayıb ki, belə bir addım münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarına açıq-aşkar ziddiyyət təşkil edəcək və Rusiya tərəfindən razılaşmaların birtərəfli qaydada pozulması olacaq”, - deyə Hebeştrayt bildirib.

Söhbət zamanı kansler Rusiya prezidentini gərginliyi dərhal azaltmağa və qoşunları Ukrayna ilə sərhəddən çıxarmağa çağırıb./Oxu.az

Almaniya kansleri Rusiyanın DXR və LXR-i tanımaq planlarını pisləyib