“Ali təhsillə bağlı bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir” - Nazir  

“Ali təhsillə bağlı bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir”

“Ali təhsillə bağlı bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir” - Nazir  

“Ali təhsil müəssisələrində bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir”.

Polemika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir:

“Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Düşünürəm ki, bu dəyişikliklərin olması da labüddür. Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir”.

Nəzrin Vahid 

“Ali təhsillə bağlı bəzi proqramlar əsaslı şəkildə dəyişdirilməlidir” - Nazir