18 il əvvəl adam öldürdü - Üstü indi açıldı

18 il əvvəl adam öldürdü - Üstü indi açıldı

18 il əvvəl adam öldürdü - Üstü indi açıldı

Bakıda 18 il qabaq törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyindən Polemika.az-a verilən məlumatda bildirilib ki, polis və prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır. Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilmiş cinayət əməlinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilib.

Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.

18 il əvvəl adam öldürdü - Üstü indi açıldı