Agentliyin dəstəyi ilə yeni layihəyə start verildi

Agentliyin dəstəyi ilə yeni layihəyə start verildi

Agentliyin dəstəyi ilə yeni layihəyə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Ətraf mühitin və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu” adlı layihəyə start verib. 

Polemika.az xəbər verir ki, layihə ətraf mühitin qorunması, insan sağlamlığına təsir edən amillər, hibrid və elektoromobillərin istifadəsinə təşviq və eyni zamanda vətəndaşların, yol hərəkəti iştirakçılarının yol-hərəkəti qaydaları ilə bağlı maarifləndirməsinə hesablanıb.

Layihə 3 ay müddətində 4 mərhələdə icra olunacaq. Lahiyə çərçivəsində sürücü və piyadaların ətraf mühitə ziyan vurmasının qarşısının alınması sahəsində təbliğat, avtomobillərin texniki cəhətdən saz olmasının vacibliyinin təbliği, ətraf mühitə buraxılan zərərli qazların gətirdiyi ağır nəticələrin tədqiq olunması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqinin təşviqi və təbliği, ekoloji təmiz nəqliyyat vasitələrinin – hibrid və elektromobillərin təbliği və digər istiqamətlər üzrə təbliğat xarakterli işlər həyata keçiriləcək.

Agentliyin dəstəyi ilə yeni layihəyə start verildi