Aclığı dayandıran Saleh Rüstəmlinin durumu necədir? - Həkimindən açıqlama

Aclığı dayandıran Saleh Rüstəmlinin durumu necədir?

Aclığı dayandıran Saleh Rüstəmlinin durumu necədir? - Həkimindən açıqlama

“Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində aclıq çəkən dostumuz Saleh Rüstəmli ilə növbəti dəfə görüşdüm. Aclığın 41-ci günü idi. Aclıq aksiyasına Saleh bəyin səhhətində problemi olan qardaşı və bəzi fədakar şəxslər də qoşumuşdu, bu isə Saleh bəyi xeyli narahat edirdi”.

Polemika.az xəbər verir ki, bunu professor Adil Qeybulla Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdəki sabiq başçısı Salehj Rüstəmlinin durumu barədə danışarkən deyib.

“Saleh bəy heç kimin ona görə əziyyət çəkməsinə razı deyildi. Hazırda pandemiya davam etdiyindən onun yenidən COVİD-19-a yoluxması zamanı indiki aclıq durumunda qorxulu fəsadların və səhhəti üçün arzuolunmaz situasiyanın yaranmasının qarşısını almaq məqsədilə mən Saleh bəydən təkidlə aclığı dayandırmasını xahiş etdim. Həqiqətən də istənilən an fors-majorla üz-üzə idik. Saleh Rüstəmli bütün deyilənləri anlayışla qarşıladı və aclığı dayandırdı. Ona duru yemək gətirildi və mənim nəzarətimlə qidanı qəbul etdi. Sonrakı qidalanma rejimi ona izah edildi”, - A.Qeybulla deyib.

O, xatırladıb ki, bir həftədən çoxdur ki, Saleh Rüstəmliyə parenteral dəstək müalicəsi aparılır.

“Onun səhhətinin sonrakı bərpası da nəzarət altında davam etdiriləcək. Bu prosesə səmimi dəstəyi olan bütün insanlara təşəkkür edirəm”.

Aclığı dayandıran Saleh Rüstəmlinin durumu necədir? - Həkimindən açıqlama