Gürcü polisi 4 narkotaciri yaxaladı

Gürcü polisi 4 narkotaciri yaxaladı

Gürcü polisi 4 narkotaciri yaxaladı

Gürcü polisi Tbilisi, Marneuli və Zuqdididə narkocinayətə görə dörd nəfəri yaxalayıb.

Polemika.az “1TV Georgia”ya istinadla xəbər verir ki, əməliyyatı Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli (Borçalı) Polis Departamentinin və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirib.

Yaxalanan şəxslər külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsində və saxlanılmasında ittiham olunurlar.

Cinayətkarları 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Gürcü polisi 4 narkotaciri yaxaladı