ABŞ Rusiya neftindən asılılığı azaltmağı düşünür

ABŞ Rusiya neftindən asılılığı azaltmağı düşünür

ABŞ Rusiya neftindən asılılığı azaltmağı düşünür

Birləşmiş Ştatlar qlobal enerji təchizatında fasilələrə yol verməməklə yanaşı, Rusiya neftinin istehlakını azaltmağın yollarını araşdırır.

Polemika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə telekanala Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dulip Sinq bildirib.

“Biz qlobal enerji təchizatını dəstəkləyərkən ABŞ-ın Rusiya neftinin istehlakını azaltmaq üçün imkanlar axtarırıq. Dünyada neft tədarükünün azalması yalnız Amerika yanacaqdoldurma məntəqələrində benzinin qiymətini artıracaq və Rusiya prezidenti Vladimir Putinin gəlirlərinin artmasına töhfə verəcək”, - deyə Sinq vurğulayıb.

Onun fikrincə, ABŞ hakimiyyətinin məqsədi Rusiyanın aparıcı enerji təchizatçısı statusunu azaltmaqdır.

ABŞ Enerji Departamentinin İnformasiya Bürosunun rəsmi statistikasına görə, Rusiya ABŞ bazarına xarici neft tədarükçülərinin ilk beşliyindən biridir. 2021-ci ildə Rusiya ABŞ-a idxal edənlər arasında ikinci yerdədir.

ABŞ Rusiya neftindən asılılığı azaltmağı düşünür