"Çox da uzaq olmayan gələcəkdə Çin Rusiyanı işğal edəcək" - Türkiyəli ekspert

"Çox da uzaq olmayan gələcəkdə Çin  Rusiyanı işğal edəcək"

"Çox da uzaq olmayan gələcəkdə Çin Rusiyanı işğal edəcək" - Türkiyəli ekspert

 Kocaeli Universitetinin professoru İrfan Kaya Ülgerin “Polemika.az”a müsahibəsi:

- Müharibə nəticəsində Rusiya süqut etsə, dünya nizamında hansı dəyişikliklər baş verəcək?

- Rusiyanın fevralın 24-də Ukraynaya hücumu ilə başlayan münaqişənin nə qədər uzanacağı və bunun hansı nəticələrə gətirib çıxaracağı hələlik bəlli deyil. Bu münaqişə atəşkəs və hazırda işğal olunmuş ərazilərin Rusiyada qalması şərtlə sülh sazişi ilə nəticələnsə belə, bitməyəcək. 

“Avrasiya məktəbi”nin Rusiyadakı nümayəndəsi Putin dilemma ilə üzləşib. Ukraynanın işğalı Rusiyaya qarşı üç inkişafa səbəb olub. İlk növbədə, NATO-da ABŞ və İngiltərə kimi “şahinlər”ə qarşı çıxan Fransa və Almaniya tənqidləri bir kənara qoyaraq bir çətir altına keçiblər. NATO tarixində heç vaxt olmadığı qədər birlik və bütövlük var. İkincisi, Aİ tarixində ilk dəfə olaraq ümumi rəy bildirilib. Bundan əlavə, Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüklə bağlı müraciəti ümumən razılıq verilib. 

Bu prosesin daha uzun sürəcəyi labüddür. Bununla belə, bu, Ukraynaya güclü mənəvi təkan olub, həm də Aİ daxilindəki nizamsızlığı aradan qaldırıb. Putinin təcavüzü Ukrayna millətçiliyini də gücləndirib. Əvvəllər Ukraynanın qərbində güclü olan millətçilik bu hücumdan sonra ölkənin hər yerində ön plana çıxıb. Hətta etnik rusmənşəli Ukrayna vətəndaşları da Rusiyanın təcavüzünə qarşı vətəndaş müqavimətinə qoşulublar.

- Sanksiyaların effektiv olacaqmı? Artıq Rusiyada iqtisadi böhranın ilkin təzahürlərini görməkdəyik...

- Atəşkəs əldə olunsa belə, münaqişə illər boyu davam edəcək və fikir ayrılıqları barışığa imkan verməyəcək. Rusiya Federasiyasının geriyə getməsi üçün də bir tətik olacaq. 

Rusiya Federasiyası indi imperiya refleksini göstərir. Lakin Rusiya Federasiyası dağılacaqmı? Bu məsələ ilə bağlı dəqiq hesablama aparmaqda çətinliklər var. Çünki bir çox hadisələr Rusiya Federasiyasına təsir edəcək. İqtisadi baxımdan Rusiyanın sanksiyalara o qədər də tab gətirə bilməyəcəyi anlaşılır. SWIFT qadağasından sonra Mərkəzi Bankdakı 630 milyard dollarlıq ehtiyatdan belə istifadə edə bilməyəcəklər. Aİ və ABŞ Rusiyanın 893 milyard dollarlıq aktivlərini bloklayıb. Bu sanksiyaların müəyyən effekt verəcəyi labüddür. 

- Ehtimallar doğrulsa, yeni dünya nizamında Çin və ABŞ Rusiyasız eyni masanı necə bölüşəcək?

-2000-ci ildən Rusiyada hakimiyyətdə olan avrasiyaçılar yenidən super dövlət olmaq arzusundadır, lakin bu, mümkün olmayacaq. Rusiyanın milli gücü yetərli deyil. İqtisadiyyat neft və təbii qaz satışına əsaslanır. Əhali gündən-günə yoxsullaşır. Ərazisi 17 milyon kv/km olan ölkə əhalisinin 80%-i Uralın qərbində yaşayır. Sibir və Çin sərhədlərində məskunlaşan çinlilərin sayı ildən-ilə artır.

Çinin bir müddət sonra siyasi hegemona çevriləcəyi dəqiq görünür. Rusiya üçün əsas təhlükə Pekindən gəlir. Çox da uzaq olmayan gələcəkdə Çin əhalisi və malları Rusiya ərazisini və bazarını işğal edəcək. 1 milyard 400 milyon əhalinin bir hissəsinin başqa ölkələrə köçürülə bilər və Rusiyanın milyonlarla kvadrat kilometr coğrafiyada məskunlaşma çox seyrəkdir.

Düşünürəm ki, Şimali Qafqazın muxtar vilayətləri yaxın illərdə Rusiyadan qoparaq müstəqilliklərini elan edəcəklər. Oxşar hadisələr Uzaq Şərq və Sibirdə də baş verəcək. Lakin Tatarıstan və Başqırdıstan Volqa-Ural bölgəsində olduğundan müstəqillikləri asan olmayacaq.

Rafi MÜSLÜMOV

"Çox da uzaq olmayan gələcəkdə Çin Rusiyanı işğal edəcək" - Türkiyəli ekspert