ABŞ dövlət katibinin müavini Türkiyəyə gedir

ABŞ dövlət katibinin müavini Türkiyəyə gedir

ABŞ dövlət katibinin müavini Türkiyəyə gedir

ABŞ dövlət katibinin müavini Vendi Şerman martın 4-5-də İstanbul və Ankaraya səfər edəcək.

Polemika.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Şerman “Putinin Ukraynaya qəsdən, səbəbsiz və əsassız müdaxiləsini müzakirə etmək üçün” xarici işlər nazirinin müavini Sedat Önal və digər rəsmilərlə görüşəcək.

Görüşlərdə ABŞ-Türkiyə arasında gələcək birgə əməkdaşlığın müzakirəsi və "Ukraynanın dəstəklənməsində ümumi maraqlar" müzakirə olunacaq.

Vendi Şerman Türkiyədən sonra İspaniya, Mərakeş, Əlcəzair və Misirə gedəcək.

ABŞ dövlət katibinin müavini Türkiyəyə gedir