"Zelenski ilə eyni səhnədə olmuşam" - "Bunun adı ağılsızlıqdır!"

"Zelenski ilə eyni səhnədə olmuşam" - "Bunun adı ağılsızlıqdır!"

"Zelenski ilə eyni səhnədə olmuşam" - "Bunun adı ağılsızlıqdır!"

İndi hər kəsi ən çox maraqlandıran bir sual var: Rusiya-Ukrayna savaşının sonu necə olacaq?

Bu gün Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatın 9-cu günüdür. Görəsən, nəticə necə olacaq? 

Artıq ilkin nəticlər var: Rusiya bütün beynəlxalq idman federasiyalarından çıxarılır, bu ölkədə yarışlardan imtina edilir, xarici ölkədəki pavilyonları ləğv olunur. Rusiyanın bütün əsas siyasi simaları artıq sanksiya altındadır - onların xarici banklardakı əmlakları üzərinə həbs qoyulur, hesabları dondurulur.

Mövzu ilə bağlı Polemika.az-a danışan  Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə Rusiya və Ukrayna arasında gedən müharibənin onun üçün xüsusi əhəmiyyət kəsb etmədiyini bildirib:

“Mənim düşündüyüm ancaq Qarabağ müharibəsi idi. Şükürlər olsun ki, Ali Baş Komandanımız müdrik insan olduğuna görə 44 gündə bu məsələni həll etdi. Bu yaxlınlarda sonuncu çıxışını izlədim. Dedi ki, “Mən bilirəm nəyi nə vaxt və necə etmək lazımdır”. Ona görə də mən bir azərbaycanlı kimi rahatam. Mənim müharibəm bitib və rahatam. Amma bu o demək deyil ki, bizim müharibəmiz bitib, bizim müharibəmiz hələ qabaqdadır. Mən bunu dəfələrlə demişəm, əsl müharibə hələ indi başlayır. Odur ki, bizim tələbələr yaxşı təhsil almalı, gələcəkdə peşəkar mütəxəssis olmalıdırlar. Əgər onlar vətəni sevirlərsə, ilk növbədə peşəkar olmalıdırlar. Bu gün Qarabağda şəhər salınırsa, asfalt çəkilirsə, bunlar hamısı keyfiyyətli olmalıdır. Bizim müharibəmiz hazırda budur”.  

Aktyor 21-ci əsrdə bu cür qanlı müharibə aparılmasını cahillik adlandırıb:

“O ki qaldı qlobal şəkildə gedən Rusiya-Ukrayna müharibəsinə, mənim zənnimcə, bunları politoloqlar, siyasətçilər, tarixçilər həll etməlidirlər. Moskvada cənab Zelenski ilə bir səhnədə olan KVN-çinin bu gün müharibə haqda nəsə deməyi fikrimcə, düz deyil. Amma bir insan kimi fikirlərimi bölüşə bilərəm, müharibə əlbəttə ki, pisdir, həm o tərəfdən, həm də bu tərəfdən insanlar boş-boşuna dünyalarını dəyişməməlidirlər. 21-ci əsrdə müharibə aparmaq, kimisə öldürmək, asmaq, bombalamaq ən böyük cahillik və ağılsızlıqdır! Bu gün qurmaq, yaratmaq, dünyaya övlad gətirmək, sevmək, sevilmək üçün nəyiniz çatışmır?”

Əsmətxanım RZAZADƏ 

"Zelenski ilə eyni səhnədə olmuşam" - "Bunun adı ağılsızlıqdır!"