"Dindən, Allahdan, Peyğəmbərdən danışırlar, amma..." - Nadir Qafarzadə - VİDEO

"Dindən, Allahdan, Peyğəmbərdən danışırlar, amma..."

"Dindən, Allahdan, Peyğəmbərdən danışırlar, amma..." - Nadir Qafarzadə - VİDEO

“Dindən, Allahdan, Peyğəmbərdən danışırlar, amma müğənniyə qarğış yazanda göyə baxıb Allahı yada salmırlar...”

Bu sözləri Polemika.az-a müğənni Nadir Qafarzadə deyib. O, ifaçıların sosial şəbəkə istifadəçiləri tərəfindən tez-tez “qarğış yiyəsi” olduğunu qeyd edib:

“Müğənnilər sizin xoş gününüzdə yanınızda olur, həmin günün iştirakçısına çevrilir, sizi əyləndirir, könlünüzü alır. Niyə bir şey olmamış deyirsiniz ki, müğənnilər kömək etsin, onda müğənni yaxşıdır, amma belə pisdir? Müğənni də bu xalqın övladıdır, sizinkidir. Mən bu insanları başa düşə bilmirəm. Gündən-günə aqressivləşir, bilmirlər günahı kimdə görsün, problemi harada axtarsınlar. Niyə sonda günahkar müğənni olur?!”

Sosial şəbəkə istifadəçilərinin yazdığı rəylərə Nadir Qafarzadənin təpkisi sərt olub:

“Bilirsiniz, Allah hər kəsin ürəyincə verir. Deməli, müğənninin qismətində var ki, qazanır. Mənfi şərhlər yazanlara isə Allah verməyib, heç verməyəcək də. Çünki qəlbləri təmiz deyil.

Allaha qurban olum, elələrinə heç verməyəcək də. Allah dağına baxıb qarını verir. Xoşniyyətli olun ki, müğənniyə düşən paydan Allah sizə də versin! Deməli, niyyətiniz xoş deyil.

Onlar çox vaxt anlamırlar. Adətən, dindən, Allahdan, Peyğənbərdən danışırlar, amma müğənniyə qarğış yazanda göyə baxıb Allahı yada salmırlar. Düşünmürlər ki, müğənni də Allahın bir bəndəsidir, niyə pis şey yazım... Bu qisməti, taleyi, yoxsulluğu da Allah verir, biz kimik ki?! Bunları bəndə vermir, bunu yada salan varmı?

Bir dəfə də başlarını göyə qaldırıb desinlər ki, ay Allah, bunu mən verməmişəm axı. Hər şeyi verən də, alan da Allahdır. Nə qədər ki, sosial şəbəkələr var, insanlar cahil olacaq. Cəmiyyətimiz fəlakətə, uçuruma doğru gedir. Allah bizə rəhm eləsin!”

Əsmətxanım

 

"Dindən, Allahdan, Peyğəmbərdən danışırlar, amma..." - Nadir Qafarzadə - VİDEO