Abituriyent əvvəlki buraxılış balından neçə dəfə istifadə edə bilər?

Abituriyent əvvəlki buraxılış balından neçə dəfə istifadə edə bilər?

Abituriyent əvvəlki buraxılış balından neçə dəfə istifadə edə bilər?

“Qızım ötən il I ixtisas qrupu üzrə qəbul imtahanında ümumilikdə 180 bal yığıb. Bunun 115 balını buraxılışda toplayıb. Ali məktəbə qəbul ola bilməyib. Bu səbəbdən kollecə müraciət edib. Qəbul ola bilib, lakin oxumaqdan imtina edib. Hazırda yenidən ali məktəbə hazırlaşır. Bilmək istərdim, qızımın ötən ilki buraxılış balı ləğv olunub, yoxsa, qüvvədə qalır? Yəni buraxılış imtahanı verməyə bilər?”

Polemika.az oxucusunun bu sualına cavab olaraq təhsil eksperti Kamran Əsədov bildirib ki, birinci mərhələdə olan buraxılış imtahanı 1 il qüvvədə qalır:

“Abituriyent buraxılış imtahanı verməyə bilər. Birinci mərhələdə olan buraxılış imtahanıbın nəticələri 1 il qüvvədə qalır. Ötən il veribsə, bu il verməyinə ehtiyac yoxdur. Abturiyent yalnız bu il ikinci mərhələdə, yəni seçdiyi ixtisas qrupu üzrə imtahan verəcək. Birinci mərhələnin balı öz qüvvəsində qalacaq”.

Ekspert qeyd edib ki, bu o demək deyil ki, abituriyent yenidən özünü sınaya bilməz:

“İstəsə təkrar özünü sınaya bilər. Tutaq ki, keçən il 115 toplamışdı, indi verdiyi imtihandan 116 toplasa, o əsas götürüləcək. Əgər aşağı bal toplasa, ötən ilki bal öz qüvvəsində qalacaq”.

Nəzrin Vahid

 

 

Abituriyent əvvəlki buraxılış balından neçə dəfə istifadə edə bilər?