73 mindən çox abituriyent ərizəsini təsdiq etdi  

73 mindən çox abituriyent ərizəsini təsdiq etdi  

73 mindən çox abituriyent ərizəsini təsdiq etdi  

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Polemika.az-a bildirilib ki, ərizə qəbulu martın 17-dək internet vasitəsilə aparılır.

Martın 15-i saat 9:00-a olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 73 min 638 abituriyent öz ərizəsini təsdiq edib.

Qeyd edək ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Nəzrin Vahid

73 mindən çox abituriyent ərizəsini təsdiq etdi