4 ölkənin müdafiəsi ABŞ üçün yükdür - "National Interest"

4 ölkənin müdafiəsi ABŞ üçün yükdür - "National Interest"

4 ölkənin müdafiəsi ABŞ üçün yükdür - "National Interest"

"Albaniya, Sloveniya, Monteneqro və Şimali Makedoniyanın iqtisadi və müdafiə potensialı çox kiçikdir, ona görə də onların NATO-ya üzvlüyü və müdafiəsi ABŞ üçün ağır yükdür".

Polemika.az xəbər verir ki, bu barədə "National Interest" nəşri yazıb.

Məqalədə qeyd olunur:

"Ciddi səhv ABŞ-ın təsir dairəsinin Rusiya sərhədlərinə yaxınlaşması olub. 2004-cü ildə Baltikyanı ölkələrin Alyansa daxil olması son dərəcə təhlükəli addım idi. Estoniya, Latviya və Litva nəinki rusofobiya siyasəti aparır, həm də Moskvanın regionda əsas müttəfiqi olan Belarusla mübahisə edir.

Buş administrasiyası ehtiyatsızlıqdan Gürcüstan və Ukraynanın hərbi inkişafına başlamağa cəhd edib və yalnız Fransa və Almaniyanın qəti mövqeyi ABŞ-ın bu postsovet ölkələrinə NATO üzvlüyü verilməsinə mane olub. Buna baxmayaraq, ABŞ hələ də Kiyev və Tbilisini NATO-ya inteqrasiya etməyə çalışır.

Qərbin tələsik hərəkətləri keçmiş səhvlərindən nəticə çıxarmadığını və özünü fəlakətli müharibəyə gətirib çıxara biləcək son dərəcə təhlükəli vəziyyətə saldığını göstərir".

4 ölkənin müdafiəsi ABŞ üçün yükdür - "National Interest"