3 qadın güləşçimiz mübarizəyə qoşuldu - Avropa çempionatı

3 qadın güləşçimiz mübarizəyə qoşuldu - Avropa çempionatı

3 qadın güləşçimiz mübarizəyə qoşuldu - Avropa çempionatı

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Polemika.az xəbər verir ki, yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib - 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşacaq.

Jalə Əliyeva (62 kq) 1/4 finalda Fransanın digər təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gələcək.

3 qadın güləşçimiz mübarizəyə qoşuldu - Avropa çempionatı