3 ölkənin hökumət başçısı Zelenski ilə görüşə gedir

3 ölkənin hökumət başçısı Zelenski ilə görüşə gedir

3 ölkənin hökumət başçısı Zelenski ilə görüşə gedir

Polşa, Çexiya və Sloveniya hökumət başçıları Ukrayna prezidenti və baş naziri ilə danışıqlar aparmaq üçün bu gün Kiyevə yola düşür.

Polemika.az xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabinetinin saytında məlumat yayılıb.

“Nazirlər Şurasının sədri Mateuş Moravetski və Baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski, Çexiyanın Baş naziri Petr Fiala və Sloveniyanın Baş naziri Yanez Yanşa ilə birlikdə bu gün Kiyevə səfər edirlər. Onlar Avropa İttifaqı Şurasının nümayəndələri kimi Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın baş naziri Denis Şmıxalla görüşəcəklər.

Səfərin məqsədi bütün Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini təsdiqləmək, həmçinin Ukrayna dövlətinə və cəmiyyətinə geniş dəstək paketini təqdim etməkdir", - deyə məlumatda qeyd olunur.

Qeyd edildiyi kimi, səfər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə razılaşdırılaraq təşkil olunub. Nümayəndə heyətinin səfəri ilə bağlı beynəlxalq təşkilatlar, o cümlədən BMT vasitəsilə beynəlxalq ictimaiyyətə məlumat verilib.

3 ölkənin hökumət başçısı Zelenski ilə görüşə gedir