299 nəfər toya buraxılmadı

299 nəfər toya buraxılmadı

299 nəfər toya buraxılmadı

Həftəsonu Azərbaycanda toylara görə 17 nəfər cərimələnib, 299 nəfər şənliyə buraxılmayıb.

Polemika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, dekabrın 25-26-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1.110 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 1.095 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 17 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 299 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

299 nəfər toya buraxılmadı