2 rusiyalı oliqarxın yaxtaları müsadirə olundu

2 rusiyalı oliqarxın yaxtaları müsadirə olundu

2 rusiyalı oliqarxın yaxtaları müsadirə olundu

Almaniyada özbək əsilli rusiyalı milyarder Əlişir Usmanova məxsus yaxtanı müsadirə edilib.

Polemika.az "Guardian"ə istinadla xəbər verir ki, 156 metrlik “Dilbar” 2016-cı ildə Almaniyanın lüks yaxta istehsalçısı olan "Lürssen"dən 600 milyon dollara alınıb.

Yaxtanın 65 kabinəsi var, 40 sərnişin və 80 ekipaj üzvünü qəbul edə bilir. Böyük hovuzdan başqa yaxtada 2 helikopter meydançası və sauna da var.

Usmanovun aktivləri Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar çərçivəsində dondurulub. Avropa İttifaqının Usmanova və digər rusiyalı iş adamlarına qarşı sanksiyaları elan etməsindən sonra o, Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

Fransanın maliyyə naziri Bruno Le Mer Aralıq dənizindəki La Syoya limanında "Rosneft"in baş direktoru İqor Seçinin də yaxtanı müsadirə edib.

“Rusiya hökumətinə yaxın şəxslərə qarşı Avropa İtttifaqının sanksiyalarını tətbiq edən Fransa gömrük məmurlarına təşəkkür edirəm”, - deyə Le Mer "Tvitter" hesabında yazıb.

 

2 rusiyalı oliqarxın yaxtaları müsadirə olundu