Avropadan Putinin "sağ əli"nə tərs şillə

Avropadan Putinin "sağ əli"nə tərs şillə

Avropadan Putinin "sağ əli"nə tərs şillə

Avropa Stolüstü Tennis İttifaqının (ETTU) prezidenti İqor Levitin növbəti qərara qədər səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb.

Yeisabah.az xəbər verir ki, bu barədə Rusiya Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

ETTU-nun prezidenti vəzifəsini müvəqqəti vitse-prezident Pedro Moura icra edəcək: “İqor Levitin Avropa Stolüstü Tennis İttifaqının və qurumun yarışlarının bütövlüyünü qorumaq, eləcə də Avropa idmançılarının maraqlarını qorumaq məqsədilə bu qərarı qəbul edib”.

Qeyd edək ki, 70 yaşlı İqor Levitin Rusiya prezidenti Vladimir Putinin köməkçisidir. O, 2020-ci ildən bəri ETTU-ya rəhbərlik edib. 

Avropadan Putinin "sağ əli"nə tərs şillə