17 futbolçu "Mançester Yunayted"dən ayrılmaq istəyir

17 futbolçu "Mançester Yunayted"dən ayrılmaq istəyir

17 futbolçu "Mançester Yunayted"dən ayrılmaq istəyir

"Mançester Yunayted"in heyətində köklü dəyişiklik ola bilər.

Polemika.az Britaniya mətbuatına istinadən xəbər verir ki, belə ki, heyətdəki 17 oyunçu klubda xoşbəxt deyil. Onların Mançester təmsilçisindən ayrılmaq istədiyi vurğulanıb. Bu oyunçuların klubları ilə müqavilələri davam etsə də, onlar qalmaq tərəfdarı deyillər.

Bildirilib ki, Ole Qunnar Sulşerin istefasından sonra baş məşqçi vəzifəsinə təyin olunnan Ralf Raqnik bütün oyunçularla təkbətək görüşüb və onlarının çoxunun klubda xoşbəxt olmadığının fərqinə varıb Komandadan ayrılmaq istəyən futbolçular sırasında Antoni Marsyal, Pol Poqba, Cesse Linqar, Edinson Kavani, Xuan Mata, Donni van de Bek, Din Henderson, Erik Bayi, Fil Cons, Nemanya Matiç, Fred, Dioqo Dalot, Aksel Tuanzebenin olduğu yazılıb. 

"Mançester Yunayted" bu mövsümün sonunda Çempionlar Liqasında vəsiqə qazanmasa, Kriştiano Ronaldonun da komandadan ayrılmasının gündəmdə olacağı vurğulanıb.

17 futbolçu "Mançester Yunayted"dən ayrılmaq istəyir