Latviyanın müdafiə naziri: "Ukraynaya silah göndərmək niyyətindəyik"

Latviyanın müdafiə naziri: "Ukraynaya silah göndərmək niyyətindəyik"

Latviyanın müdafiə naziri: "Ukraynaya silah göndərmək niyyətindəyik"

“Biz Ukraynaya silah göndərmək niyyətindəyik”.

Polemika.az xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Artis Pabriks deyib.

“Biz bunu edəcəyik. Avropadakı müttəfiqlərimizi də bunu etməyə çağırırıq. Çünki Ukraynanın özünü müdafiə etmək hüququ var və bunu bacarmalıdır. Ukrayna NATO üzvü olmasa da, bizim müttəfiqimiz hesab olunur” – bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Litva, Latviya və Estoniya müdafiə nazirlərinin üçtərəfli görüşündə Baltikyanı ölkələrin Ukraynaya müxtəlif yardımlar göstərəcəyi ifadə edilmişdi/Report.

Latviyanın müdafiə naziri: "Ukraynaya silah göndərmək niyyətindəyik"