16 yaşında ailə quran qadın: "Mən onun 12-ci arvadı idim" - Video

16 yaşında ailə quran qadın: "Mən onun 12-ci arvadı idim"

16 yaşında ailə quran qadın: "Mən onun 12-ci arvadı idim" - Video

ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində dəhşətli iddia ortaya çıxıb.

Polemika.az xəbər verir ki, 16 yaşında ailə qurmaq üçün Türkmənistana göndərilən Fəzilə adlı xanım verilişə gələrək yardım istəyib.

O, Türkmənistanda başına gələnləri canlı efirdə danışıb:

“Məndən yaşca çox böyük idi. 11 yoldaşı vardı, mən 12-ci idim. Hər biri ilə qeyri-rəsmi nikahda idi. Onların dillərini başa düşmürdüm. Daha sonra oğlum dünyaya gəldi. 2 aylıq olanda məni küçəyə atdılar. Məcbur olub oradakı azərbaycanlılara müraciət etdim ki, məni xilas etsinlər”.

Daha sonra Türkmənistanda ikinci dəfə ailə quran Fəzilə xanım yenə çətinliklə qarşılaşıb:

“İkinci dəfə ailə həyatı quran zaman qızım dünyaya gəldi. Yoldaşım oğlan uşağı istədiyi üçün qızımı xəstəxanaya aparmadı və bu günə qədər qızımın heç bir sənədi yoxdur. Daha sonra məni evdən döyüb qovdular ki, niyə oğlan uşağı dünyaya gəlməyib”.

Daha sonra Azərbaycana qayıdıb fermada işləməyə başlayan qadının qızı zorlanıb. Fəzilə xanım qızının zorlanmasında özünü günahkar bildiyini deyib.

Həmin görüntüləri təqdim edirik:

16 yaşında ailə quran qadın: "Mən onun 12-ci arvadı idim" - Video