10 ildə milli komandalara nə qədər vəsait xərclənib? - Rəqəm açıqlandı

10 ildə milli komandalara nə qədər vəsait xərclənib? - Rəqəm açıqlandı

10 ildə milli komandalara nə qədər vəsait xərclənib? - Rəqəm açıqlandı

Azərbaycan milli komandalarına son 10 ildə xərclənən vəsaitin məbləği bəlli olub.

Polemika.az apasport-a istinadla xəbər verir ki, 2012-21-ci illərdə kişi və qadınlardan ibarət əsas, gənclər, digər aşağı yaş qrupları üzrə millilərə 88 milyon 336 min 658 manat xərc çəkilib.

Bu 10 il ərzində ən yüksək rəqəm məhz ötən il qeydə alınıb - 12 milyon manat. Bunun qarşılığında əldə olunan nəticələrdən danışmaq mümkün deyil. Çünki heç bir nəticə yoxdur. Ən aşağı rəqəm 2012-ci ilə təsadüf edib. Bu rəqəm onilliyin əvvəlindən sonuna qədər dəfələrlə artıb-azalsa, yekunda əvvəlkindən 2,18 dəfə çox olub.

Son 10 ildə Azərbaycan yığmalarına xərclənən vəsait:

2012 - 5 573 771

2013 - 9 085 143

2014 - 9 606 288

2015 - 7 326 217

2016 - 8 263 473

2017 - 10 154 918

2018 - 9 890 762

2019 - 11 939 316

2020 - 9 905 833

2021 - 12 164 708

 

10 ildə milli komandalara nə qədər vəsait xərclənib? - Rəqəm açıqlandı