"Həbs olunan idarə rəisi Nəcməddin Sadıkovun ən yaxın adamı idi"

"Həbs olunan idarə rəisi Nəcməddin Sadıkovun ən yaxın adamı idi"

"Həbs olunan idarə rəisi Nəcməddin Sadıkovun ən yaxın adamı idi"

“Həbs olunan, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd keçmiş qərargah rəisi Nəcməddin Sadıkovun yaxınıdır. Düşünürəm ki, N. Sadıkovun orduya təsirini azaltmaq üçün, onun kadrlarını ordudan tam təmizləmək lazımdır. Çünki o yerində dinc dayanmır”. 

Polemika.az xəbər verir ki, bu sözləri Bakupost.az -a Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Müdafiə Nazirliyindəki həbslərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə N. Sadıkovun orduda olan kadrları ona hansısa məlumatları ötürürlər:“Vətən Müharibəsindən əvvəl N. Sadıkovun Müdafiə Nazirliyində korrupsiya, rüşvətxorluqla bağlı əməlləri tez-tez mətbuatda yazılırdı. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindəki həbslərin hamısı daha keçmişə qaynaqlanır. İnanmıram ki, DTX onları bu gün aşkarlayıb. Fikrimcə, bunlar çoxdan nəzarətdə idi. Onlar haqqında qəti qərar qəbul olunması üçün materiallar toplanırdı”.

Hərbi ekspert bildirib ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf N. Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir: “Ondan əvvəl köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf N.Sadıkovun kadrı idi. Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Hesab edirəm ki, onları tam şəkildə təmizləmək lazımdır. Bu gün o kadrlar öz köhnə rəislərinə hansısa məlumatları ötürür. N. Sadıkovun sağ əli Zahid vardı və orduda onu “Şlyapa Zahid” kimi tanıyırdılar. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıqova bağlı insan idi”. 

"Həbs olunan idarə rəisi Nəcməddin Sadıkovun ən yaxın adamı idi"