“Əvvəllər bir əskini alırdın, yuyurdun, qoyurdun uşağın altına...” – Əməkdar artist

“Əvvəllər bir əskini alırdın, yuyurdun, qoyurdun uşağın altına...” – Əməkdar artist

“Əvvəllər bir əskini alırdın, yuyurdun, qoyurdun uşağın altına...” – Əməkdar artist

“Boşanmalara əsas səbəb maddiyatdır. Ailə quran gənclər xanımlarını saxlaya, çörək pulu qazana bilmirlər...”

Bu sözləri Polemika.az-a Əməkdar artist Gövhər Rzayeva deyib.

Qarmonçu ailə ixtilaflarının daha çox pulla bağlı olması fikrindədir: 

“Həmişə söz-söhbət bu məsələ üstündə olur. Gənc ər-arvadın sözləri bir-birinin boğazından keçmir. Kənardan da müdaxilə edənlər olur. Yenə deyirəm, əsas səbəb maddi vəziyyətlə bağlıdır. Gənclər dolana bilmirlər, ailə saxlamaq olmur, çox çətindir. Gərək ata-ana gənc ailələrə bir az kömək olsun, ailənin maddi təməlini gücləndirsinlər”.

Əməkdar artist ailələrin problemlərə dözümsüzlüyünün də boşanma səbəblərindən biri adlandırıb:

“Evlənəndən sonra övlad dünyaya gəlir, bu vəziyyət daha da çətinləşir. Əvvəllər bir əskini alırdın, yuyurdun, qurudurdun, ütüləyib qoyurdun uşağın altına, indi pampers çıxıb, uşağın lazımi digər ehtiyacları var. Bunların hamısı üçün pul lazımdır.

Karantindən sonra vəziyyət daha da gərginləşdi, karantin insanları lap qara günə qoydu. İndiki cavanların da gözü qorxub, evlənmək istəmirlər. Çünki ailəni saxlaya bilmirlər. Qoy özümdən misal çəkim, evin böyüyəm, azdan-çoxdan necəsə dolanıram, bəs cavanlar neynəsin? Hər şey maddiyatın üzərində qurulub. Dünyaya gələn uşaq da vəziyyəti başa düşmür axı, körpə “pul yoxdur” sözünü anlamır. Ata-ana da övladının yanında xəcalət çəkir. Sonra söz-söhbət başlayır günbəgün böyüyür. 

Əvvəllər başqa cür idi, böyük-kiçik, hörmət-ehtiram, “bəli-xeyr” var idi. İndi isə yoxdur. İndi adam öz övladına belə nəsə deməyə çəkinir, fikirləşirsən ki, bir söz deyərəm, üzümə qayıdar, ona görə dinib-danışmırsan”.

Əsmətxanım

“Əvvəllər bir əskini alırdın, yuyurdun, qoyurdun uşağın altına...” – Əməkdar artist