İzzət: "Səhnəyə dəbi mən gətirmişəm" - Video

İzzət: "Səhnəyə dəbi mən gətirmişəm"

İzzət: "Səhnəyə dəbi mən gətirmişəm" - Video

Müğənni İzzət Bağırov səhnəyə dəbi onun gətirdiyini deyib.

Polemika.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Bazar düzü” proqramında qonaq olan İzzət bir çox geyimin o geyindikdən sonra dəb olduğunu bildirib:

"Mənə görə yaxası uzun olan köynəkləri mağazalarda satırdılar. Satıcı deyirdi, sənə görə 200 ədəd satmışam. Mənim özümə də pulla verirdi. İndi isə deyirlər, gəl, mağazada dayan, bir dəfə reklam et, sənə də köynək verək. Saçda tağ ayırmaq, saç düzümü, mikrofun atıb tutmaq... Bunları mən gətirmişəm. Bunlar müğənninin aksesuarıdır”.

İfaçı hər zaman dəblə geyinməyi sevdiyini deyib:

“Əgər mənim saatım, ayaqqabım geyimimə uyğunlaşmırsa, olmaz. Baxıram kimdəsə heç nə uyğunlaşmır, özümü narahat hiss edirəm. Geyimdə hər şey bir-birini tamamlamalıdır. Üstümdə 6 yox, uzağı 2 rəng olub”.

Həmin görüntüləri təqdim edirik:

İzzət: "Səhnəyə dəbi mən gətirmişəm" - Video