Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

“Türkiyənin Rusiya ilə siyasi, hərbi, mədəni münasibətlərində inkişaf tendensiyası davam edir”.

Polemika.az xəbər verir ki, bu fikirləri cümə namazından sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Ukrayna səfərindən sonra Moskvaya da səfər edə biləcəyini açıqlayıb:

“Ukrayna ilə də eyni şəkildə yaxşıdır. Bu müsbət inkişaf fonunda Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsini qəbul etmirik. Rusiya ilə Ukrayna arasında sülhün bərqərar edilməsində vasitəçi ola bilərik. Bu məsələdə üzərimizə düşən vəzifə nədirsə, ona hazır olduğumuzu daha öncə də ifadə etmişdik. Qarşıda Ukraynaya səfərim var. Bu arada, bəlkə, Moskvaya səfər etdim. Biz regionda sülhün hakim olmasını istəyirik”.

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər