Qarabağa alman və skandinav sülməramlılarının gəlişi: Buna kim mane oldu?

Qarabağa alman və skandinav sülməramlılarının gəlişi:

Qarabağa alman və skandinav sülməramlılarının gəlişi: Buna kim mane oldu?

Ehtiyatda olan polkovnik, hərbi eskpert Üzeyir Cəfərovun Polemika.az-a müsahibəsi:

- 1994-cü ildə atəşkəs müqaviləsindən sonra Azərbaycana alman sülhməramlırının gətirilməsi məsələsi gündəmdə idi. Sosial şəbəkədə “Kommersant” və “Spiegel” nəşrlərinə istinadla paylaşımlarda bunu o dövrdə Azərbaycanın müdafiə naziri olmuş Məmmədrəfi Məmmədov təsdiqlədiyini də görmək mümkündür. Səhv etmiriksə, o zamanlar Fransada əvvəl Almaniya ATƏT-in Minsk qrupunun üç həmsdərrindən biri idi.

-  Alman sülhməramlılarına elə bir “toy tutdular" ki, bölgəyə gəlməyə özləri peşman oldular. “Toy tutanlar”ın kim olduğunu deməyə belə ehtiyac yoxdur. Onlar həmin vaxtlarda da çalışırdılar ki, bölgədə başqa qüvvə olmasın. 

Dünən Rusiya prezidenti öz başıbəlalı sülhməramlılarını az qalmışdı ki, göyün yeddinci qatına qaldırsın. Halbuki 90-cı illərdə alman sülhməramlılarının Qarabağa gəlişinə məhz Rusiya mane olmuşdu.

Türkiyə Prezidenti Ərdoğan BMT Təhlükəsizlik Şurasında nahaq yerə demirdi ki, dünya 5-dən böyükdür. Bu fikri ikiəlli dəstəkləyirəm. Həqiqətən, bu gün dünya çox şey dəyişib, amma bəzi liderlər bölgədə öz maraqlarını həyata keçirmək üçün dəridən-qabıqdan çıxırlar.

Rusiya sülhməramlıları regionu nə qədər tez tərk etsələr, bir o qədər yaxşı. Çünki onlar öz hərəkətləri və davranışları ilə göstərirlər ki, onlar buraya sülhyaratma üçün yox, tamam başqa məqsədlər üçün gəliblər.

Rusiyanın son davranışları, yəni Qarabağda kilsələr tikmək, heykəllər ucaltmaq və s. Çox niyyətlərdən xəbər verir. Ayıq-sayıq olmalıyıq. İndi rəsmilər bunu hörmət, diplomatiya xətrinə dilə gətirmirlər, amma biz baş verən prosesləri çox yaxşı görür və Rusiyanın gələcəyə hesablanmış hansı addımları atma qistədiyini anlayırıq.

- Keçənilki müharibənin bitməsi ərəfəsində sabiq Tramp administrasiyasının milli təhlükəsizlik müşaviri Robert O’Brayan bildirimişdi ki, bölgəyə skandinaviyalı sülhməramlıların gətirilməsi müzakirə olunur. Bu təklif niyə baş tutmadı? Sizcə, Azərbaycan rəhbərliyi bu variantla razılaşa bilərdimi?

- Qısaca onu deyim ki, bu məsələlərin hamısına Rusiya maneçilik törədir. Açığını deyim ki, Rusiya sülhməramlıları bölgəyə gələndə Azərbaycan siyasi-hərbi rəhbərliyi qarşısında tamam başqa fikirlər səsləndirmişdilər. Amma bölgəyə gələndən sonra isə onların siması 180 dəyişib. Demə, bunların başqa məqsədləri var imiş.

Bu gün də məlumat yayılıb ki, Şuşa-Laçın yolunda əsgərlərimizə qumbara atmış terrorçu Norayr Mirzoyana Ermənistanda heykəl qoymaq istəyirlər, bunun üçün ianələr toplayırlar. Buna imkanı kim yaratdı? Əlbəttə, Rusiya. Çünki o, Rusiya sülhməramlılarının tapşırığını yerinə yetirirdi. Ona görə də, ruhu incimədən Ermənistana qaytardılar. 

Əgər bilsəydik ki, onlar bu hoqqalardan çıxacaqlar, inanın, Azərbaycanın siyasi rəhbərliyi heç vaxt buna razılıq verməzdi. 

Rafi MÜSLÜMOV

Qarabağa alman və skandinav sülməramlılarının gəlişi: Buna kim mane oldu?