"Əməliyyatlar tam dayandırılana qədər ABŞ Rusiyaya təzyiq edəcək" - Blinken

"Əməliyyatlar tam dayandırılana qədər ABŞ Rusiyaya təzyiq edəcək" - Blinken

"Əməliyyatlar tam dayandırılana qədər ABŞ Rusiyaya təzyiq edəcək" - Blinken

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiya ilə qarşıdurmada qələbə çalacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Putin yəqin ki, ukraynalıların belə “qeyri-adi möhkəmliyini” gözləmirdi.

Polemika.az xəbər verir ki, Blinken bu barədə BBC-yə müsahibəsində danışıb.

“Əgər Moskva Ukrayna hökumətini hansısa yolla devirmək və marionet rejimi qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bundan imtina edəcək”, - Blinken bildirib.

O deyib ki, müharibə artıq Putinin planlarına uyğun getməyib. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub.

ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər Vaşinqtonun Rusiyaya təzyiqlərini davam etdirəcəyini təsdiqləyib.

"Ukraynanın qalib gələcəyinə əminsinizmi" sualına o, belə cavab verib:

"Zaman keçdikcə, mütləq. Bunun nə qədər davam edəcəyini deyə bilmərəm. Rusiyanın Ukraynaya təzyiqi çox şey deyir".

"Əməliyyatlar tam dayandırılana qədər ABŞ Rusiyaya təzyiq edəcək" - Blinken