Əliyev-Paşinyan təkbətək görüşü: "Hər dəfə üçüncü tərəf..."

Əliyev-Paşinyan təkbətək görüşü: "Hər dəfə üçüncü tərəf..."

Əliyev-Paşinyan təkbətək görüşü: "Hər dəfə üçüncü tərəf..."

Brüssel görüşündən sonra Ermənistan Baş naziri Nikol Paşinyan müsbət siqnallar verib. Adətən, Azərbaycanı qaralamağı üstün tutan Ermənistan lideri bu dəfə fərqli ampula sərgiləyib. 

Polemika.az-a açıqlamasında deputat Elman Nəsirov, ilk növbədə, xatırladıb ki, müharibədən sonra Azərbaycan və Ermənistan siyasi liderlərinin təkbətək görüşü olmayıb:

“Bu mənada, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində baş tutan təmas çox əhəmiyyətli idi. Postmünaqişə dövründə hər dəfə üçüncü tərəf iştirak edirdi. Avropa İttifaqının prezidenti də Brüsseldə üçüncü tərəf oldu. Amma daha sonra Şarl Mişel iki liderin təkbətək qalmasına şərait yaratdı. 

Bu danışıqlarda postmüharibə dövrünün həllini gözləyən bütün məsələləri diqqət mərkzində oldu. Prinsip etibarı ilə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının bəndlərinə sadiqlik nümayiş etdirilən bir mövqey ortaya qoyuldu. Paşinyan da həmin mövqeydən çıxış etdi. 

Diqqətdən yayınmayan digər məsələlərdən biri də Paşinyan real situasiyanı sağlam qiymətləndirməsidir. Danışıqlarında Dağlıq Qarabağ ifadəsini işlətməməsi, status məsələsini dilinə gətirməməsi onu göstərir ki, o, vəziyyəti düzgün qiymətləndirir. 

Danışıqlar nəticəsində Paşinyan əvvlki manipulyasiyaları kənara qoyub, konstruktiv mövqe ortaya qoymağa çalışıb. Xüsusilə, delimitasiya və demarkrasiya məsələləri, dəhlizlərin açılması ilə bağlı mövqe sərgiləyib. Yaxın gələcəkdə bu məsələlərin birdəfəlik həlli ilə bağlı real addımların şahidi olacayıq”.

Ayzel

Əliyev-Paşinyan təkbətək görüşü: "Hər dəfə üçüncü tərəf..."