Paşinyanı bəyanatdan yayındıran dörd SƏBƏB - Amerikalı ekspert AÇIQLADI

Paşinyanı bəyanatdan yayındıran dörd SƏBƏB -

Paşinyanı bəyanatdan yayındıran dörd SƏBƏB - Amerikalı ekspert AÇIQLADI

"Üçtərəfli sazişin imzalanmasından bir ilə yaxın vaxt keçsə də, Paşinyan həm şifahi, həm də yazılı beynəlxalq öhdəlikləri pozaraq hələ də kommunikasiyaların, o cümlədən strateji dəhlizlərin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı qəti addım atmayıb".

Polemika.az xəbər verir ki, bunu amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı xanım politoloq bilirib ki, beynəlxalq ictimaiyyət Ermənistanı heç bir qanun pozuntusuna görə məsuliyyət daşımağa çağırmır və üçtərəfli sazişin pozulmasına göz yummaqda davam edir:

"Ermənistanın üçtərəfli bəyanatın bəndlərini icra etməyə mane olan bir neçə amil var: birincisi, Ermənistan daxilindəki sərt xətt tərəfdarları və revanşist tərəfdarların daxili təzyiqləri, - daha beynəlmiləlçi siyasət yeritməkdə maraqlı olsa da, Paşinyan Bakıya hər cür qəbul edilən güzəştdən zəiflik və qətiyyətsizlik əlaməti kimi istifadə edən həmin dairəni diqqətdən kənarda qoya bilməz.

İkinci təzyiq faktoru ABŞ, Rusiya və Fransadakı erməni diasporasının müdaxiləsi ilə bağlıdır ki, o, Azərbaycanla hər hansı bir əlaqədə daha çox qütbləşdirici mövqe saxlayır və İrəvana ianə və siyasi dəstəyi dayandırmaq təhdidləri müqabilində həmin ölkələrdən pul tələb edir.

Üçüncü amil, Ermənistanı hərbi təzyiq olaraq saxlamaqla Azərbaycanla ticarəti davam etdirmək və genişləndirməkdə öz iqtisadi maraqlarını tarazlaşdırmağa çalışan Moskvadan hədsiz "müdafiə"dir. Ermənistan və Azərbaycanın tam inteqrasiyasını asanlaşdırmaq Rusiyanın marağında deyil. Çünki bu, İrəvana əhəmiyyətli iqtisadi və siyasi üstünlüklər verə və Paşinyanın Kremldən asılılığını azalda bilər. Bu səbəbdən də Rusiya bilərəkdən bəzi revanşistlərə meydan açır və sərhəd məsələlərinin həllinin irəliləməsinə, strateji dəhlizlərin açılmasına mane olur.

Dördüncü amil İran-Ermənistan arasında üçtərəfli sazişdən xeyli əvvəl başlayan ittifaqdır. Bu ittifaq iqtisadi maraqların iqtisadi marşrutlar və müxtəlif ticarət razılaşmaları vasitəsilə inteqrasiyasını, həmçinin Tehranın müəyyən səviyyədə siyasi dəstəyini əhatə edirdi. İran Ermənistan və Azərbaycanın inteqrasiyası ilə təhdid edilir ki, bu da İran ərazisindən malların keçidini yayındıracaq və Türkiyəni gücləndirəcək. Bu səbəbdən İran inteqrasiya prosesini ləngitmək və İranın əhatə dairəsində qalmaq üçün çox güman ki, İrəvana təsir imkanlarını işə salıb.

Nəhayət, qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət Ermənistanı heç bir qanun pozuntusuna görə məsuliyyət daşımağa çağırmır və üçtərəfli sazişin pozulmasına göz yummaqda davam edir ki, bu da öz növbəsində Paşinyana müqavilənin şərtlərini yerinə yetirməyə tələsmədən bütün tərəflərə oynamağa imkan verir, manevr imkanı yaradır. Xüsusilə, Makron üçün riskli sayılan seçkiqabağı dövrdə Fransanın İrəvana açıq dəstəyi Aİ-nin Bakının regional yanaşmasına ümumi müsbət yanaşmasına və əməkdaşlığın genişləndirilməsində maraqlı olmasına baxmayaraq, İrəvana beynəlxalq səhnədə "lovğalıq" etməyə imkan verir. Bu amillərdən biri və ya bir neçəsi dəyişənə qədər və ya müqavilənin icrasına kömək etmək bacarığı və istəyi ilə başqa bir oyunçu gələnə qədər, Paşinyan höküməti beynəlxalq dəstəkdən və Bakının xoş niyyətindən maksimum yararlanmaqla öz öhdəliklərindən yayınmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcək"./Milli.az

Paşinyanı bəyanatdan yayındıran dörd SƏBƏB - Amerikalı ekspert AÇIQLADI