Əlillərin dərmanla təmin olunması qaydası müəyyənləşdi

Əlillərin dərmanla təmin olunması qaydası müəyyənləşdi

Əlillərin dərmanla təmin olunması qaydası müəyyənləşdi

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nı təsdiq edib.

Polemika.az xəbər verir ki, bu Qayda əlilliyi olan şəxslərin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların (əlilliyi olan şəxslər) dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını tənzimləyir.

Bu Qayda əlilliyi olan Azərbaycan vətəndaşlarına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Əlilliyi olan şəxslər bu Qaydaya əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində ( tibb müəssisələri) təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Həmin tibb müəssisələrinin siyahısı onların maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması və göstərdikləri xidmətin əhaliyə əlçatanlığı nəzərə alınmaqla müəyyən edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir.

Əlilliyi olan şəxslərə dərman preparatları bu Qaydayaya əlavə ilə müəyyən edilmiş “Pulsuz dərman resepti blankının forması” (resept) əsasında verilir. Tibb müəssisələrini dərman resepti blankı ilə Səhiyyə Nazirliyi təmin edir. Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər. Bir reseptdə yalnız bir dərman preparatı yazılır. Ambulator müalicə ilə əlaqədar verilən dərman prepa- ratlarının dəyəri əlilliyi olan şəxslərin yaşadığı ərazi üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət tibb müəssisə lərinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydada və Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik), Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Əlillərin dərmanla təmin olunması qaydası müəyyənləşdi