Əli Mirəliyev "saqqallı uşaqlar" və "robot valideynlər"dən danışdı: Azərbaycanda övlad evlənsə belə...

Əli Mirəliyev "saqqallı uşaqlar" və "robot valideynlər"dən danışdı:

Əli Mirəliyev "saqqallı uşaqlar" və "robot valideynlər"dən danışdı: Azərbaycanda övlad evlənsə belə...

Gənc nəsil yaşlı nəsillə, hətta bir evdə ata-anası ilə yola gedə bilmir. Əksər gənclər valideynlərin onlara ifrat diqqətindən bezib. Sərbəst yaşamaq istəyi atalar və oğullar dilemmasını yenidən aktuallaşdırıb. Gənclər valideynlərindən ayrı yaşayan xaricdəki yaşıdlarını, yaşlılar isə köhnə zamanların adət-ənənələrini nümunə göstərir.

Amma valideynlərin isti münasibətindən sui-istifadənlər də az deyil. Ata-ana çətiri altında yaşamağı üstün tutanlar sonradan natamamlıq kompleksindən əziyyət çəkirlər.

Bu yanaşmalardan hansı düzgündür?

Ümumiyyətlə, valideyn uşağı sərbəst buraxmalıdırmı?

Polemika.az-a açıqlamasında müğənni Əli Mirəliyev xalqların xalqın ailə məfhumuna fərqli yanaşmasını qabardıb:

“Xarici ölkələrdə ata-ana sanki robotdur. Övladlarına vaxt qoyublar. 18 yaşına çatan kimi sərbəst yaşamağa imkan verirlər. Şəxsi işlərinə qarışmırlar. Onlar uşağı sərbəst böyüdürlər ki, sabah öz ayağı üstündə sərbəst dayana bilsin. Müəyyən yaşa çatdıqda deyirlər: “İşlə, özünü dolandır””.

Ə.Mirəliyevin sözlərinə görə, Azərbaycanda əks-ənənə hələ də davam edir:

“Azərbaycanda övlad evlənsə belə, valideynlər yenə onu yanlarında saxlamağa çalışırlar. Ata-ana övladlarının üstündə daima əziyyət çəkir. 50 yaşlının belə qayğısını valideyni çəkir. “Ana qurban, çörəyini ye”, “Başına dolanım, orda oturma, burda otur” və s. və i.a. Evdə "saqqallı uşaqlar" böyüdürük. Bu vərdişləri heç kəs əlimizdən ala bilməz”.

Nəzrin Vahid

 

Əli Mirəliyev "saqqallı uşaqlar" və "robot valideynlər"dən danışdı: Azərbaycanda övlad evlənsə belə...