"Xüsusu elçilərin görüş vaxtı hələ təyin olunmayıb" - XİN rəsmisi

"Xüsusu elçilərin görüş vaxtı hələ təyin olunmayıb" - XİN rəsmisi

"Xüsusu elçilərin görüş vaxtı hələ təyin olunmayıb" - XİN rəsmisi

"Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünün vaxtı ilə bağlı razılıq yoxdur".

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

“Moskvada görüşün keçirilməsi mümkünlüyü müzakirə olunur”, - deyə Vaan Hunanyan qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşünün mövzusuna toxunaraq qeyd edib ki, telefon danışıqları zamanı tərəflər müzakirələrin dəqiq tarixini təyin edəcəklər.

O əlavə edib ki, erməni tərəfi Moskvada xüsusi nümayəndələrin görüşünün keçirilməsini təklif edir və Türkiyə Ermənistanla vasitəçi olmadan birbaşa təmasların tərəfdarıdır.

Türkiyənin xarici işlər naziri onu da qeyd edib ki, 2009-cu il Ermənistan-Türkiyə protokolları öz əhəmiyyətini itirib və hazırda iki ölkənin xüsusi nümayəndələrinin dialoqu daha aktual görünür.

"Xüsusu elçilərin görüş vaxtı hələ təyin olunmayıb" - XİN rəsmisi