Əjdər Ol dövlətə vurduğu ziyanı ödədi: 500 min manat!

Əjdər Ol dövlətə vurduğu ziyanı ödədi:

Əjdər Ol dövlətə vurduğu ziyanı ödədi: 500 min manat!

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Polemika.az APA-ya istinadən xəbər verir ki, sabiq aparat rəhbərinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qismində tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi çıxış edib. Nümayəndə bildirib ki, 500 min manata yaxın məbləğdə dəymiş ziyan tam ödənilib. Zərərçəkmiş tərəf əlavə iddialarının olmadığını qeyd edib.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Əjdər Ol dövlətə vurduğu ziyanı ödədi: 500 min manat!