"Əgər bir insanın psixoloji problemi yoxdursa, ruhi xəstə deyilsə..."

"Əgər bir insanın psixoloji problemi yoxdursa, ruhi xəstə deyilsə..."

"Əgər bir insanın psixoloji problemi yoxdursa, ruhi xəstə deyilsə..."

Bir neçə gün öncə 78 yaşlı qadınla 87 yaşlı kişinin ailə qurması xəbəri nədənsə sosial şəbəkələrdə lağ hədəfinə çevrilib. İnsanların bir qismi bu durumu xoş qarşılasa da, müəyyən kəsim hadisəni gülüş hədəfi edib. Azərbaycan cəmiyyətində tez-tez rast gəlinən bu hal nadanlıq və ya natamamlıq kompleksidir? 

Polemika.az-a danışan psixoloq Vəfa Rəşidova bildirib ki, əslində, iki ahıl şəxsin talelərini birləşdirməsi ibrət götürüləsi vəziyyətdir:

“Əgər bir insanın psixoloji problemi, yaxud ruhi xəstəliyi yoxdursa, buna gülməməlidir. Bu hal özümə də qəribə gəldi. Şərhlərdə gördüm ki, hərə bir söz yazır, əsasən aşağılayır. Doğrudan da, xoşagəlməz haldır. Bəzi insanlar çox bəsit düşüncəlidir”.

“Söhbət qınamaqdan gedirsə, konkret halda bu, insanlığa yaraşmayan davranışdır. Biz bilmirik sabah başımıza nələr gələcək? Bəlkə də özümüz o durumda olacağıq. Heç kim heç nədən sığortalanmayıb. Mən adamların rəftarına psixoloji bir problem kimi baxıram”, - deyə ekspert qeyd edib.

Rafi MÜSLÜMOV

 

"Əgər bir insanın psixoloji problemi yoxdursa, ruhi xəstə deyilsə..."