Zorakı kişilərə qarşı "sehirli sprey"

Zorakı kişilərə qarşı "sehirli sprey"

Zorakı kişilərə qarşı "sehirli sprey"

Qadına qarşı zorakılığın və qadın qətlinin gündəmdən düşmədiyi Böyük Britaniyada Qərbi Yorkşir polisi məişət zorakılığına qarşı "SmartWater" adlı məhkəmə-tibbi spreyini işə salıb.

Polemika.az "The Guardian"a istinadla xəbər verir ki, şiddətə məruz qalan qadın polisin ona verdiyi bu spreydən istifadə edərək keçmiş həyat yoldaşından şikayətçi olub və nəticədə ilk dəfə "SmartWater" vurulan kişi məişət zorakılığına görə mühakimə edilərək həbs edilib.

Qeyd edək ki, "SmartWater", ultrabənövşəyi şüalar altında görünən məhkəmə tibbi mayesidir. Çiləmədən sonra dəridə 6 həftəyə qədər paltarda isə daha uzun müddət qalır. Beləliklə, "SmartWater" həmin mayenin vurulduğu şəxsin cinayət şübhəlisi olduğuna işarə edir.

"SmartWater" sayəsində cinayətkarı həbsxanaya göndərən zərərçəkmiş, hazırda evlərində qanuni özünüqoruma paketləri olan 200-dən çox qadından biridir. Paketlərə qapı tutacaqları və qapılar üçün gel, kimsə evə yaxınlaşdıqda maye səpən avtomatik tələ və s. daxildir.

Zorakı kişilərə qarşı "sehirli sprey"