Zelenski Ukraynada döyüşən ruslara səsləndi: "Qaçın, canınızı qurtarın!"

Zelenski Ukraynada döyüşən ruslara səsləndi: "Qaçın, canınızı qurtarın!"

Zelenski Ukraynada döyüşən ruslara səsləndi: "Qaçın, canınızı qurtarın!"

Prezident Volodimir Zelenski Ukraynaya hücum edən rus hərbçilərə müraciət edərək, onları atəşi dayandırmağa çağırıb.

Polemika.az xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

"Artıq 4500 rus əsgəri öldürülüb. Niyə hamınız bura gəlmisiniz? Niyə zirehli kolonlarınız Krımdan, bizim Krımdan bizə qarşı gəlir: Yaltadan, Evpatoriyadan, Sudakdan, Simferopoldan... Bunlar hərbi düşərgələrin adları deyil. Yenə də deyirəm: 4,5 min rus işğalçısı həlak olub”, - deyə Zelenski vurğulayıb.

O, Ukraynaya hücum edən ruslara rus dilində müraciət edib.

"Təchizatınızı qoyun və gedin. Komandirlərinizə, təbliğatçılarınıza güvənməyin. Sadəcə canınızı qurtarın, gedin", - prezident deyib. 

Zelenski Ukraynada döyüşən ruslara səsləndi: "Qaçın, canınızı qurtarın!"