Yeni növ koronavirusun haradan gəldiyini bilmirik - ÜST

Yeni növ koronavirusun haradan gəldiyini bilmirik - ÜST

Yeni növ koronavirusun haradan gəldiyini bilmirik - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan qeyd edib ki, yeni növ koronavirusun haradan gəldiyini hələ də bilmir.

"Virusun mənşəyini bilmək bizim üçün vacibdir, lakin bu, müstəsna əhəmiyyət kəsb etmir. Amma canlı səddin yenidən dağılacağı risklərini azaltmaq istəyiriksə, bu divarın harada dağıldığını bilməliyik. Və hazırda bunun necə baş verdiyini bilmirik", - o deyib.

Polemika.az xəbər verir ki, direktor virusun mənşəyinin öyrənilməsi üzərində işin davam etdiyini bildirib: "Lakin bu, uzun müddət çəkə bilər, buna görə də tez nəticə gözləmək lazım deyil". 

Yeni növ koronavirusun haradan gəldiyini bilmirik - ÜST