Yeni marşrutun sınağı: İran-Azərbaycan-Gürcüstan

Yeni marşrutun sınağı: İran-Azərbaycan-Gürcüstan

Yeni marşrutun sınağı: İran-Azərbaycan-Gürcüstan

Bu gün İran-Azərbaycan-Gürcüstan-Qara dəniz-Avropa tranzit marşrutunun üç ölkə rəsmilərinin iştirakı ilə sınaq mərasimi keçirilib.

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, İranın Yollar və Avtomobil Nəqliyyatı Təşkilatı Tranzit İdarəsinin baş direktoru Cavad Hedayəti yeni dəhlizin açılışını yüksək qiymətləndirib.

Onun szölərinə görə, bu keçidin aktivləşdirilməsi malların daşınması, ixrac-ixrac əməliyyatları və tranzit sahəsində yeni imkanlar yaradır.

Cavad Hedayəti vurğulayıb ki, yeni nəql marşrutu Cənub-Şərqi Asiya və Avropa bazarlarına çıxış yollarının yaradılması məqsədilə həyata keçirilir: 

"İran vasitəsilə Cənub-Şərqi Asiya və Hindistanın, Qara dəniz vasitəsilə Şərqi və Qərbi Avropanın bu dəhlizə qoşulması ilə region ölkələri arasında rabitə və quru nəqliyyatı daha da artacaq".

 

Yeni marşrutun sınağı: İran-Azərbaycan-Gürcüstan