Yaxın qohumlar arasında cinsi əlaqə - Fransada yeni qadağa

Yaxın qohumlar arasında cinsi əlaqə - Fransada yeni qadağa

Yaxın qohumlar arasında cinsi əlaqə - Fransada yeni qadağa

Fransa hökuməti qanunvericilik səviyyəsində insesti qadağan etmək niyyətindədir.

Polemika.az “The Times” qəzetinə istinadla xəbər verir ki, bu, 200 ildən artıq müddətdə qəbul edilən ilk belə qərardır.

Hökumətin qərarı ilə bağlı uşaqlar üzrə dövlət katibi Adrien Take məlumat verib.

Uşaqların iştirak etmədiyi təqdirdə qohumlarla cinsi əlaqəyə hələ də icazə verilir. Ancaq indi onlar hətta 18 yaşdan yuxarı yaxın qohumlar arasında da insest qadağan olunacaq. Belə bir qərar 1791-ci ildən bəri ilk dəfə verilir: sonra dövlətin tədricən dünyəviləşməsi səbəbindən insest əlaqəsi dekriminallaşdırıldı.

“Yaşından asılı olmayaraq, uşaq valideynlə cinsi əlaqədə ola bilməz. Bu yaş məsələsi deyil, razılıq məsələsidir. Biz insestin əleyhinəyik”, - deyə Take qeyd edib.

Hələlik nazir qanunun konkret kimin təsirinə məruz qalacağını və himayədar ailə üzvlərinə şamil olub-olmadığını açıqlamayıb.

Yaxın qohumlar arasında cinsi əlaqə - Fransada yeni qadağa