Yaponiya Rusiyaya sanksiya tətbiq etdi - Siyahıda kimlər var?

Yaponiya Rusiyaya sanksiya tətbiq etdi - Siyahıda kimlər var?

Yaponiya Rusiyaya sanksiya tətbiq etdi - Siyahıda kimlər var?

Yaponiya Rusiyaya neft emalı avadanlığının ixracına qadağa qoyub.

Polemika.az "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar daha 20 rusiyalıya qarşı sanksiya tətbiq edib.

Sanksiyaya məruz qalan şəxslərin siyahısı Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

O cümlədən, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak, Çeçenistan rəhbəri Ramzan Kadırov siyahıya daxil edilib.

Bundan başqa, siyahıya rusiyalı iş adamları, o cümlədən Rotenberq qardaşları, Gennadi Timçenko, Əlişir Usmanov da daxildir.

Sanksiyalar, həmçinin iki təşkilata - İnternet Araşdırmaları Agentliyinə və "PMC Wagner"ə də tətbiq edilib.

 

Yaponiya Rusiyaya sanksiya tətbiq etdi - Siyahıda kimlər var?