Yapon nazir Çavuşoğlu ilə Ukraynanı müzakirə edəcək

Yapon nazir Çavuşoğlu ilə Ukraynanı müzakirə edəcək

Yapon nazir Çavuşoğlu ilə Ukraynanı müzakirə edəcək

Yaponiya hökuməti xarici işlər naziri Yoşimasa Hayaşinin Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün gələn həftə sonu Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini açıqlayıb.

Polemika.az xarici KİV-ə istinadən xəbər verir ki, həftə sonu Türkiyə və BƏƏ-yə getməsi gözlənilən Hayaşinin hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşəcəyi bildirilib.

Türkiyədəki həmsöhbətlərinə Tokionun Ukraynada atəşkəsin təmin edilməsi üçün danışıqlarda rol almağa hazır olduğunu bildirməsi, BƏƏ-nin əsas fiqurları ilə enerji təchizatının sabitləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacağı bildirilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri Dimitro Kuleba ötən həftə atəşkəsin təmin edilməsi üçün Antalyada üçtərəfli görüş keçirib. İclasda yaşananlar Türkiyəni beynəlxalq ictimai rəydə vasitəçi olaraq gündəmə gətirib.

Nəzrin Vahid 

 

 

Yapon nazir Çavuşoğlu ilə Ukraynanı müzakirə edəcək