YAP maliyyə hesabatını MSK-ya təqdim etdi

YAP maliyyə hesabatını MSK-ya təqdim etdi

YAP maliyyə hesabatını MSK-ya təqdim etdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2021-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. 

Modern.az-ın əldə etdiyi məlumata görə, iqtidar partiyasının hesabatı yaxın günlərdə MSK-nın rəsmi saytında yerləşdiriləcək. 

Qeyd edək ki, MSK hələlik maliyyə hesabatını təqdim edən 8 partiyanın sənədlərini dərc edib. 

Xatırladaq ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

YAP maliyyə hesabatını MSK-ya təqdim etdi