“Ya ölməyi, ya da təslim olmağı seçin” - Zelenski

“Ya ölməyi, ya da təslim olmağı seçin” - Zelenski

“Ya ölməyi, ya da təslim olmağı seçin” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinə müraciət edib.

Milli.Az bildirir ki, dövlət başçısı onlara ya hərbi əməliyyatlarda ölməyi, ya da təslim olmağı təklif edib.

"Rusiya əsgərlərinə, artıq torpaqlarımıza daxil olan və bizə qarşı döyüşməyə göndərilmək üzrə olanlara buradan demək istəyirəm - Rusiyada hərbi xidmətə çağırıan və buraya göndərilənlər, məni xüsusilə diqqətlə dinləyin. Rusiya zabitləri - əminəm ki, siz artıq hər şeyi başa düşdünüz", - Zelenski deyib.

Ukraynanın dövlət başçısı əlavə edib ki, Rusiya hərbçiləri şeç bir halda Ukraynadan heç nə aparmayacaq, ancaq ukraynalıların həyatını alacaq, onları qətlə yetirəcək. Yaxud da özləri öləcəklər.

"Axı niyə, nəyin xatirinə və nəyə görə ölürsünüz? Bilirəm ki, yaşamaq, sağ qalmaq istəyirsiniz. Danışıqlarınızın ələ keçirilməsi zamanı bu müharibə, bu biabırçılıq və dövlətiniz haqqında həqiqətən nə düşündüyünüzü eşidirik, fikirlərinizi bilirik", - Zelenski əlavə edib.

Zelenski bildirib ki, Rusiya hərbçilərinin öz aralarında və ailə üzvləri, qohumları və tanışları ilə telefon danışıqları dinlənilir. Bunlara əsaslanaraq, onların kim olduğu barədə nəticə çıxarmaq olar.

"Ona görə də mən sizə seçim təklif edirəm. Ukrayna xalqı adından deyirəm- silahı yerə qoyub bizim silahlı qüvvələrimizə təslim olsanız, sağ qalmaq şansı veririk. Sizə öz ordunuzda göstərilməyən münasibət kimi rəftar edəcəyik. Seçin!", - Zelenski bəyan edib.

“Ya ölməyi, ya da təslim olmağı seçin” - Zelenski