"Ya gecə, ya da səhər tezdən bizə bildiriləcək ki..." - Ukraynaya dair PROQNOZ

"Ya gecə, ya da səhər tezdən bizə bildiriləcək ki..." - Ukraynaya dair PROQNOZ

"Ya gecə, ya da səhər tezdən bizə bildiriləcək ki..." - Ukraynaya dair PROQNOZ

"Beləliklə, deyə bilərik ki, Ukraynada hərbi əməliyyatların aktiv mərhələsi başa çatmaq üzrədir. Rusiya öz məqsədlərinə nail ola bilmədi və Ukrayna işğalçını işğal olunmuş bütün ərazilərdən çıxara bilməz".

Polemika.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb. O əlavə edib:

"Buna görə də, aşağıdakı mövzuların müəyyən ediləcəyi aralıq, ilkin razılaşmanın əldə edilməsi imkanları getdikcə aktuallaşır:

- Atəşin və hərbi əməliyyatların dayandırılması ("İks" günü),

- Rusiya qoşunlarının ya fevralın 23-nə qədər mövcud təmas xəttinə, ya da Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə qədər çıxarılması;

- Beynəlxalq vasitəçiliklə aparılan danışıqlarda qondarma qurumların gələcək siyasi statusunun nəzərdən keçirilməsi;

- Ukraynanın neytral, bloksuz statusunun möhkəmləndirilməsi;

- Yəqin ki, sənəddə Krım mövzusu ilə bağlı danışıqlar öz əksini tapmayacaq.

Bəzi əlamətlərə görə bir sıra dövlətlərin vasitəçiliyi ilə, ola bilsin ki, onlayn rejimdə danışıqlar intensiv şəkildə aparılır.

Odur ki, hazırlaşaq, ya bir həftə, ya da 10-15 gün ərzində ya gecə, ya da səhər tezdən bizə bildiriləcək ki, razılaşmalar əldə olunub...

P.S. Amma ən maraqlısı bundan sonra başlayacaq, o zaman siyasətçilər xalqa qalib olduqlarını başa salmalı olacaqlar...

"Ya gecə, ya da səhər tezdən bizə bildiriləcək ki..." - Ukraynaya dair PROQNOZ