Xəstə rektoru işə niyə 3-4 adam gətirib-aparır? - Açıqlama

Xəstə rektoru işə niyə 3-4 adam gətirib-aparır? - Açıqlama

Xəstə rektoru işə niyə 3-4 adam gətirib-aparır? - Açıqlama

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun ötən ilin iyul ayına aid görüntüləri yenidən sosial şəbəkədə trendə çevrilib.

“Polemika.az” xəbər verir ki, görüntülər insult olan rektorun işə bir neçə nəfərin köməyi ilə gəlib-getdiyini əks etdirir. Buna baxmayaraq, A.Süleymanovun hələ də vəzifəsindən istefa vermədiyi bildirilir.

Mövzu ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova Teleqraf.com-a bildirib ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir:

“Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.

Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.

Akif Süleymanov özünün istefa verib-verməməsinə gəlincə, universitet rəsmisi bu haqda məlumatlı olmadığını deyib: “Hazırda o, işinə davam edir”.

Xəstə rektoru işə niyə 3-4 adam gətirib-aparır? - Açıqlama