Orta məktəblərdə smartfon qadağası

Orta məktəblərdə smartfon qadağası

Orta məktəblərdə smartfon qadağası

Son vaxtlar orta məktəblərdə baş verən hadisələrlə bağlı yayılan videolardan sonra Təhsil Nazirliyi problemin özünəməxsus həll etmək qərarına gəlib.

Bu haqda “Polemika.az”a məlumat verən mənbə deyib ki, təhsil idarəçiləri neqativ halların baş verməsinin deyil, bu hadisələrin yayılmasının qarşısını almaq üçün unikal yol təklif edib. Bu da şagirdlərin orta məktəblərə smartfon telefonları gətirməsinin qadağan olunmasıdır.

Xəbərə görə artıq paytaxtın əksər orta məktəblərində şagirdlərə yaxın günlərdə bu qadağanın tətbiq olunacağı haqda xəbərdarlıq edilib.  Məktəbə smartfonla gələn şagirdlərin telefonları isə mühafizə xidmətinin əməkdaşları tərəfindən alınacaq və yalnız dərsdən sonra onlara qaytarılacaq.

 

Orta məktəblərdə smartfon qadağası